Bakı. 23 iyul. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası bu gün son oyununu keçirib.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, son qarşılaşmada “Çernomorsk” klubu ilə üz-üzə gələn Azərbaycan təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb və turnirin qalibi olub.
Qeyd edək ki, turnirin ilk oyununda “İnvosport” klubuna 6:5 hesabı ilə məğlub olan futzalçılar, növbəti görüşdə “UTOQ sport” komandasına qalib gəlib - 3:2.