ABŞ-ın Azərbaycandakı səfiri: "Qarışıq hisslər keçirirəm"

ABŞ-ın Azərbaycandakı səfiri: "Qarışıq hisslər keçirirəm" Bir amerikalı kimi qarışıq hisslər keçirirəm. Üç gün öncə məşhur basketbolçumuz Kobi Brayant dünyasını dəyişib. Bu idman növünün məşhurlaşmasında onun böyük rolu olub.
Komanda
29 Yanvar , 2020 12:12
ABŞ-ın Azərbaycandakı səfiri: Qarışıq hisslər keçirirəm
Report / Elchin Murad

"Bir amerikalı kimi qarışıq hisslər keçirirəm. Üç gün öncə məşhur basketbolçumuz Kobi Brayant dünyasını dəyişib. Bu idman növünün məşhurlaşmasında onun böyük rolu olub".

"Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger 12-14 yaş qrupunu (oğlanlar və qızlar) əhatə edən Jr.NBA Azərbaycan Liqasının açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransında deyib. 

O, tədbirin əvvəlində əfsanəvi basketbolçunun xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Səfir bildirib ki, basketbol xalis amerikan oyunu kimi dünyada çox məşhurlaşıb və futboldan sonra ikinci populyar idman növüdür: "Bu idman növünün 2 milyarddan çox azarkeşi var. Azərbaycanda da basketbola marağın artmasından məmnunam. Çox şadam ki, bu ölkədə amerikan mədəniyyəti də mənimsənilir".

Son xəbərlər

Orphus sistemi