Yuxarı
    Bağlamaq

    Şahanə Nəzərova Olimpiadada bürünc medal qazanıb

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.

    “Report” xəbər verir ki, B qrupunda yer alan Şahanə Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib.

    Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.

    B qrupu

    Şahanə Nəzərova - Elena Heloisa Martines (BRA) 11:0

    Şahanə Nəzəova - Tolulop Kristina Oqunsanya (NGR) 6:0

    Şahanə Nəzərova - Emili Şilson (USA) 2:12

    Şahanə Nəzərova - Justin Fanni Viquro (FRA) 3:0

    Bürünc medal görüşü - Şahanə Nəzərova - Enxzul Batbaatar (MGL) 7:6

    Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) və gimnast Yelizaveta Luzan qızıl, həmçinin ağırlıqqaldıranı Tarmenxan Babayev gümüş (85 kq), taekvondoçu Cavad Ağayev (63 kq) isə bürünc medal qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi