Yuxarı
    Bağlamaq

    Azərbaycanın yeniyetmə gimnastı olimpiya çempionu olub

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

    “Report” xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O,qarışıq qrup üzrə komanda yarışında qalib olub. Oyunlarının yeni formatına əsasən, gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmır. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünürlər. Dördqat olimpiya çempionu Simona Baylzın komandasında Y.Luzanla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan idmançılar yer alıb. 

    Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarına qızıl medalı qazandırıblar. 

    Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi