Yuxarı

Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatı ilə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar - FOTO

Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatı ilə təltif ol

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun “Report”a verdiyi məlumata görə, bununla da Azərbaycan karateçiləri növbəti dəfə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar.

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi nüfuzlu mükafat hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur. İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi