Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatı ilə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar - FOTO

Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatı ilə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar - FOTO Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən Grand Winners mükafatı ilə təltif olunublar.
Fərdi
26 Yanvar , 2020 02:52
Rafael Ağayev və İrina Zaretska Grand Winners mükafatı ilə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar - FOTO

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun “Report”a verdiyi məlumata görə, bununla da Azərbaycan karateçiləri növbəti dəfə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar.

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi nüfuzlu mükafat hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur. İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Son xəbərlər

Orphus sistemi