Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmir

Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmir Bakı. 17 yanvar. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmir.
Fərdi
17 Yanvar , 2019 17:16
Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmir

Bakı. 17 yanvar. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmir.

“Report”un məlumatına görə, 31 yaşlı rusiyalı idmançı bu barədə “TMZ Sports”a açıqlamasında bildirib.

O deyib ki, irlandiyalı döyüşçü ilə təkrar qarşılaşmağa lüzum görmür: “Revanş görüşü nəyə görə verilməlidir? O, sonuncu döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.

Qeyd edək ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.

Son xəbərlər

Orphus sistemi