“Liverpul”un ehtiyat qapıçısı Kuivin Kelleher Mersisayd təmsilçisinin yay "transfer pəncərəsi"ndə satın aldığı Giorgi Mamardaşvilinin mövsümün sonunda icarə əsasında oynadığı “Valensiya”dan qayıdışından sonra klubu tərk etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə insayder Pol Coys
“Giorgi Mamardaşvilinin gəlişindən sonra Kuivin Kelleher komandadan ayrılmağı düşünəcək”, – o qeyd edib.
Xatırladaq ki, hələ sentyabrda irlandiyalı qapıçının “qırmızılar”ın düşərgəsini tərk etmək niyyətində olduğuna dair məlumat yayılmışdı.
Qeyd edək ki, “Liverpul” ötən yay "transfer pəncərəsi"ndə İspaniyanın “Valensiya” klubunun qapıçısı Giorgi Mamardaşvilini transfer etmişdi. Gürcüstanlı qolkiper hazırda “yarasalar”ın heyətində icarə əsasında çıxış edir.