Monqolustan Prezidenti Bakıda cüdo üzrə dünya çempionatını izləyib

Monqolustan Prezidenti Bakıda cüdo üzrə dünya çempionatını izləyib Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb.
Fərdi
25 Sentyabr , 2018 17:18
Monqolustan Prezidenti Bakıda cüdo üzrə dünya çempionatını izləyib
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb.

"Report" xəbər verir ki, çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində çıxış edən monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren yarımfinal mərhələsində gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Monqolustan idmançısı məğlub olub. Otqonbaatar Lxaqvasuren bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Aaron Volfa qalib gələrək çempionatı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, dünya çempionatında 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi