MOİK-in boksçusu Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb

MOİK-in boksçusu Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb Azərbaycan boksçusu Salman Əlizadə (46-49 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarında bürünc medal qazanıb.
Fərdi
25 Oktyabr , 2019 15:57
MOİK-in boksçusu Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb

Azərbaycan boksçusu Salman Əlizadə (46-49 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarında bürünc medal qazanıb.

“Report” xəbər verir ki, Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü ilk görüşdə suriyalı Mussin Əl Masriyə, 1/4 finalda nepallı Bahadur Teca Deubaya qalib gəlib. O, yarımfinalda Hindistan idmançısı Dipaka məğlub olaraq turniri 3-cü yerdə başa vurub.

Qeyd edək ki, bu, Azərbaycan komandasının turnirdə 6-cı medalıdır.

Son xəbərlər

Orphus sistemi