Yuxarı

İrina Kindzerska Dneprdə keçirilən yarışda növbəti dəfə birinci olub - FOTO

​İrina Kindzerska Dneprdə keçirilən yarışda birinci olub

Dnepr şəhərində keçirilən cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak edib.

Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan Azərbaycan təmsilçisi İrina Kindzerska yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran Kindzerska əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.

Qeyd edək ki, bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi