İrina Kindzerska Dneprdə keçirilən yarışda növbəti dəfə birinci olub - FOTO

İrina Kindzerska Dneprdə keçirilən yarışda növbəti dəfə birinci olub - FOTO Dnepr şəhərində keçirilən cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb.
Fərdi
10 Noyabr , 2019 01:23
İrina Kindzerska Dneprdə keçirilən yarışda növbəti dəfə birinci olub - FOTO

Dnepr şəhərində keçirilən cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak edib.

Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan Azərbaycan təmsilçisi İrina Kindzerska yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran Kindzerska əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.

Qeyd edək ki, bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.

Son xəbərlər

Orphus sistemi