Yuxarı

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Hacımurad Hacıyev dünya çempionatında üçüncü oldu

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan və Almaniya güləşçilərini məğlub etsə də, yarımfinalda ABŞ təmsilçisinə uduzub. Hacıyev üçüncü yer uğrunda görüşdə rusiyalı Devid Betanovu üstələyib.

Bu gün mübarizəyə qoşulan Əsgər Məmmədəliyev (61 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) medalsız qalıb.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi