Azərbaycanlı icra başçısı yenidən AİBA İcraiyyə Komitəsinin üzvü seçilib

Azərbaycanlı icra başçısı yenidən AİBA İcraiyyə Komitəsinin üzvü seçilib O, uelsli Terri Smitlə birgə Avropanı AİBA-nın icraedici orqanında təmsil edəcək
Fərdi
14 Noyabr , 2014 17:33
Azərbaycanlı icra başçısı yenidən AİBA İcraiyyə Komitəsinin üzvü seçilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinə (İK) seçkilər keçirilib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov da İK üzvü seçilib. 

O, uelsli Terri Smitlə birgə Avropanı AİBA-nın icraedici orqanında təmsil edəcək. S.Mikayılov ikinci müddətə İK üzvü kimi səlahiyyətləndirilib. 

Qeyd edək ki, S.Mikayılov həm də Bakının Qaradağ rayonu İcra Hakimiyyətinin başçısıdır. 

Son xəbərlər

Orphus sistemi