Bakı. 14 noyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinə (İK) seçkilər keçirilib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov da İK üzvü seçilib.
O, uelsli Terri Smitlə birgə Avropanı AİBA-nın icraedici orqanında təmsil edəcək. S.Mikayılov ikinci müddətə İK üzvü kimi səlahiyyətləndirilib.
Qeyd edək ki, S.Mikayılov həm də Bakının Qaradağ rayonu İcra Hakimiyyətinin başçısıdır.