AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək - VİDEO

AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək - VİDEO Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək.
Fərdi
13 Avqust , 2018 11:31
AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək - VİDEO

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək.

AAF-dan "Report"a verilən məlumata görə, bununla əlaqədar olaraq federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri avqustun 22-si saat 18:00-dək qeydiyyatdan keçə bilər. Yürüşdə və sərgidə iştirak üçün avtomobilini qeydiyyatdan keçirmək istəyən şəxslərin AAF ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaması mümkündür. 

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-sı saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək yürüş Bakı şəhərinin mərkəzi küçələri ilə davam edəcək.

Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi