Yuxarı

AAF-in rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda olublar

Formula One Groupun icraçı direktoru təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olaraq yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər. 

Federasiyadan "Report"a verilən məlumata görə, həmçinin, beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanışlıqlıq olub.

"Formula One Group"un icraçı direktoru Çeyz Keri (Chase Carey) AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon, gənclər və idman naziri Azad Rəhimov, AAF prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşlərinə baxıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi