AAF-in rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda olublar

AAF-in rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda olublar "Formula One Group"un icraçı direktoru təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib
Fərdi
23 İyun , 2017 16:57
AAF-in rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda olublar

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olaraq yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər. 

Federasiyadan "Report"a verilən məlumata görə, həmçinin, beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanışlıqlıq olub.

"Formula One Group"un icraçı direktoru Çeyz Keri (Chase Carey) AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon, gənclər və idman naziri Azad Rəhimov, AAF prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşlərinə baxıblar. 

Son xəbərlər

Orphus sistemi