Xəzər Dəniz Gəmiçiliyinin sərnişin gəmiləri təmirə dayanıb

Xəzər Dəniz Gəmiçiliyinin sərnişin gəmiləri təmirə dayanıb Gəmilərin tezliklə istismara qayıdacağı gözlənilir
İnfrastruktur
31 Oktyabr , 2015 10:46
Xəzər Dəniz Gəmiçiliyinin sərnişin gəmiləri təmirə dayanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Qarşıdakı payız-qış aylarında dəniz neftçilərinin iş yerlərinə rahat çatdırılması məqsədilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC neftçilərə xidmət edən gəmilərin təmirini həyata keçirir.

Şirkətdən "Report"a verilən məlumata görə, Bibiheybət Gəmi Təmiri Zavodunda bir aydır dok təmirinə saxlanılan “General Əsədov” gəmisinin sualtı hissəsi tam təmizlənərək rənglənib, baş və köməkçi mühərrikləri təmir olunub, hava kompressorları, nasosları, bütün elektrik avadanlığı yoxlanaraq tənzimlənib. Gəminin avar valı, əsas və köməkçi sükan qurğularında da təmir işləri görülüb.

Hazırda “General Əsədov”un suüstü hissəsi və göyərtələri təmizlənərək rənglənir, xilasetmə qurğusunda, yaşayış və xidməti otaqlarında zəruri təmir işləri aparılır.

Gəmi istismara hazır olandan sonra həm də Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün təlim-təcrübə məqsədlərinə xidmət edəcək.

Daha bir sərnişin gəmisi – dəniz neftçilərinə xidmət göstərən 67 nəfərlik “MPK-470” bu ilin may ayından Bibiheybət Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Təmir müddətində gəmidə gövdə-qaynaq işləri ilə yanaşı, mexaniki və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri görülüb. Hazırda körpüdə sınaq işləri aparılır, gəmi gövdəsinin rənglənməsi prosesi yekunlaşmaq üzrədir.

Son xəbərlər

Orphus sistemi