Yuxarı

​TAP dünyanın iqtisadi əhəmiyyətli 10 layihəsi siyahısına daxil edilib

Siyahıda ilk yeri Osaka-Tokiyo maqnit dəmir yolu xəttinin inşası layihəsi tutub

Bakı. 6 yanvar. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) dünyanın iqtisadi əhəmiyyətli əsas 10 investisiya layihəsinin siyahısına daxil edilib. "Report" xəbər veir ki, bu barədə "Il Sole 24 Ore" qəzeti məlumat yayıb.

Qəzetin tərtib etdiyi "Top-10" siyahısında 7-ci yeri TAP layihəsi tutur. Siyahıda birinci yerə Yaponiyanın Osaka və Tokiyo şəhərləri arasında çəkilmiş maqnit dəmir yolu xətti layihəsi layiq görülüb. Həmin dəmir yolu xəttinin inşası 38,5 mlrd. dollara başa gəlib ki, bu da onu dünyanın ən bahalı dəmir yolu xətti edir.

TAP layihəsinin isə ümumi dəyəri 2 mlrd. dollar civarında müəyyənləşib və 870 km uzunluğunda olan kəmər Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçəcək. İnvestisiya layihəsi çərçivəsində artıq işlərə başlanılıb.

Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və digər maliyyə institutları qarşıdakı illərdə Albaniyada iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi TAP layihəsini qeyd edir.

Qeyd edək ki, bəzi iqtisadçıların fikrincə, 7-10 ildən sonra dünya II Dünya Müharibəsindən sonra ən böyük iqtisadi böhranla üzləşə bilər. Bunun qarşısını almaq üçün isə milli iqtisadiyyatlar modernləşdirilməli, infrastruktur layihələrinə yatırılan investisiyalar artırılmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi