Yuxarı

Bəzi marşrut avtobuslarının hərəkət istiqamətində dəyişiklik ediləcək - SİYAHI

Dəyişikliklər sərnişindaşıma sahəsində optimallaşdırılma işləri ilə əlaqədardır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Sərnişindaşıma sahəsində optimallaşdırılma işləri davam etdirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, 2015-ci il oktyabrın 19-dan etibarən paytaxtda aşağıda qeyd olunan marşrut avtobuslarının hərəkət istiqamətində dəyişiklik ediləcək.

79 saylı marşrut avtobusu M.Rəsulzadə qəsəsəbəsi – Azadlıq prospekti – M.Davudoğlu küçəsi – 6-cı mikrorayon – “Nəsimi” metro stansiyası – S.Məmmədova küçəsi – İ.Cümşüdov küçəsi – Cavadxan küçəsi – “Memar Əcəmi” metro stansiyası – 3-cü mikrorayon dairəsi – S.Pişəvəri küçəsi – Tbilisi prospekti – “20 Yanvar” metro stansiyası – Tbilisi prospekti – C.Cabbarlı küçəsi – “Nizami” metro stansiyası – Ş.Qurbanov küçəsi – Füzuli meydanı – Ş.Bədəlbəyli küçəsi – S.Rüstəm küçəsi – Füzuli küçəsi ilə hərəkət edirdisə, sabahdan etibarən M.Rəsulzadə qəsəbəsi - Azadlıq prospekti – M.Davudoğlu küçəsi – 6-cı mikrorayon –“Nəsimi” metro stansiyası - S.Məmmədova küçəsi – İ.Cümşüdov küçəsi – Cavadxan küçəsi – “Memar Əcəmi” metro stansiyası – 3-cü mikrorayon dairəsi – S.Pişəvəri küçəsi - Tbilisi prospekti – “20 Yanvar” metro stansiyası istiqamətində hərəkət edəcək.

207 saylı marşrut xəttinin fəaliyyəti dayandırılır və əvəzinə 193 saylı marşrut xətti təşkil edilir.

193 saylı marşrut avtobusunun hərəkət cədvəli: Yeni Avtovağzal - Sumqayıt şossesi – Moskva prospekti – “20 Yanvar” metro stansiyası – H.Zərdabi prospekti – S.Əhmədov – A.Şərifzadə küçəsi – M.Xiyabani küçəsi – Dairəvi yol – Lökbatan dairəsi – “Binə” Ticarət Mərkəzi istiqamətində olacaq.

85 saylı marşrut avtobusu əvvəl 9-cu mikrorayon – A.Məmmədov küçəsi – Ə.Seyidzadə küçəsi – Mir Cəlal küçəsi – A.Məhərrəmov küçəsi – 3-cü mikrorayon dairəsi – Cavadxan küçəsi – “Memar Əcəmi” metro stansiyası – E.Babayev küç. – Ziya Bünyadov pr. – Atatürk pr. – T.Əliyev küç. – Azadlıq prospekti – “28 may” metro stansiyası – Puşkin küçəsi – D.Əliyeva küçəsi – R.Behbudov küçəsi – A.Bakıxanov küçəsi – X.Şuşinski küçəsi – Ə.Qasımzadə küçəsi – M.Qaşqay küçəsi – Ak.H.Əliyev küçəsi ilə hərəkət edirdisə sabahdan etibarən 9-cu mikrorayon - A.Məmmədov küçəsi – Ə.Seyidzadə küçəsi – Mir Cəlal küçəsi – A.Məhərrəmov küçəsi – 3-cü mikrorayon dairəsi – Cavadxan küçəsi – “Memar Əcəmi” metro stansiyası - E.Babayev küçəsi – Ziya Bünyadov prospekti – Atatürk prospekti – T.Əliyev küçəsi – Azadlıq prospekti – A.Bakıxanov küçəsi – C.Hacıbəyli küçəsi – “Cəfər Cabbarlı“ metro stansiyasına qədər hərəkət edəcək.

Əks istiqamətdə isə “Cəfər Cabbarlı” metro stansiyası – S.Əsgərova küçəsi - R.Behbudov küçəsi – A.Bakıxanov küçəsi – X.Şuşinski küçəsi – Ə.Qasımzadə küçəsi – M.Qaşqay küçəsi – Ak.H.Əliyev küçəsi – Azadlıq prospekti – Nəriman Nərimanov küçəsi - Ziya Bünyadov prospekti - E.Babayev küçəsi – H.Əliyev küçəsi - “Memar Əcəmi” metro stansiyası – 3-cü mikrorayon dairəsi - A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi - Ə.Seyidzadə küçəsi - A.Məmmədov küçəsi – 9-cu mikrorayona qədər hərəkət edəcək.

24 saylı marşrut avtobusu əvvəl Hidayətzadə küçəsi – N.Nərimanov rayon bazarı – Mayakovski küçəsi – Çernyayevski – A.Nemətulla küçəsi – “N.Nərimanov” metro stansiyası – Təbriz küçəsi – Ə.Əliyev küçəsi – Ziya Bünyadov prospekti – Ə.Rəcəbli küçəsi – C.Xəndan küçəsi – Ş.Məmmədova küçəsi – S.S.Axundov küçəsi – “Azadlıq” metro stansiyasına kimi hərəkət edirdisə, sabahdan etibarən N.Nərimanov” metro stansiyası – Təbriz küçəsi – Ə.Əliyev küçəsi – Ziya Bünyadov prospekti – Ə.Rəcəbli küçəsi – C.Xəndan küçəsi – Ş.Məmmədova küçəsi – S.S.Axundov küçəsi – “Azadlıq” metro stansiyasına kimi hərəkət edəcək.

30 saylı marşrut avtobusu əvvəl “28 May” metro stansiyası – A.Puşkin küçəsi – Neftçilər prospekti – Y.Səfərov küçəsi – Xocalı prospekti – “Xətai” metro stansiyası – N.Rəfiyev küçəsi – Babək prospekti – Keşlə qəsəbəsi – NZS – Qara Qarayev prospekti – “Neftçilər” metro stansiyası – Rüstəmov küçəsi – E.Süleymanov küçəsi – B.Nuriyev küçəsinə qədər hərəkət edirdisə, sabahdan etibarən “Xətai” metro stansiyası – N.Rəfiyev küçəsi – Babək prospekti – Keşlə qəsəbəsi – NZS – Qara Qarayev prospekti – “Neftçilər” metro stansiyası – Rüstəmov küçəsi – E.Süleymanov küçəsi – B.Nuriyev küçəsinə qədər hərəkət edəcək.

49 saylı marşrut avtobusu əvvəl “28 May” metro stansiyası - A.Puşkin küçəsi – Neftçilər prospekti – Y.Səfərov küçəsi- Babək prospekti – Qara Qarayev prospekti – “Dakar” meydanı – Rüstəmov küçəsi – Qəmbərov küçəsi – Qocayev küçəsi – Mehmandarov küçəsi – Bakıxanov dəmiryol stansiyası- Y.Əliyev küçəsi – “Atəşgah” dairəsi. – Q.Musabəyov küçəsinə qədər hərəkət edirdisə, sabahdan etibarən “Xətai” metro stansiyası – Xocalı prospekti – N.Rəfiyev küçəsi – Babək prospekti - Qara Qarayev prospekti – “Dakar” meydanı – Rüstəmov küçəsi – Qəmbərov küçəsi – Qocayev küçəsi – Mehmandarov küçəsi – Bakıxanov dəmiryol stansiyası- Y.Əliyev küçəsi – “Atəşgah” dairəsi. – Q.Musabəyov küçəsinə qədər hərəkət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi