Yuxarı

Qəndob-Rusiya sərhədi avtomobil yolu yenidən qurulur

Yolda sürət 120 km/saat nəzərdə tutulub

Bakı. 12 may. REPORT.AZ/ Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin (Qəndob-Rusiya sərhədi) yenidən qurulması işlərinə başlanılıb. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 km, hər istiqamət üzrə iki olmaqla hərəkət zolaqlarının sayı 4, ayrıcı zolağının eni 5 metr, örtüyün tipi asfalt-betondur.

Qeyd edək ki, layihə üzrə yol yatağının eni 28 m, hərəkət zolaqlarının eni 3,75 m olmaqla, hərəkət hissəsinin eni isə bir istiqamət üzrə 7,5 m, çiyinlərin eni 3,75 m olacaq. Yolda hesabi sürət 120 km/saat nəzərdə tutulub.

Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 ədəd yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi nəzərdə tutulub.

Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir. Bundan başqa, su və yeraltı keçidlərin, körpülərin inşası aparılır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi