Bakı. 10 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə bir sıra əlavələr edib.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək.
(Nəqliyyat vasitəsinin duracağa və qaraja qəbul edilməsi). Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağına gətiriləcək.
(Duracaq və qarajlarda xidmət haqqını ödənişi). Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracaqlarında xidmətə görə ödəniş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 6.7-ci bəndinə uyğun olaraq müəyyən ediləcək.
Duracağa və qaraja məcburi gətirilən nəqliyyat vasitəsi DİN-in, bu Əsasnamənin 2.4-1-ci bəndində nəzərdə tutulmuş hallarda isə Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi formalı akt əsasında saxlanca qəbul ediləcək.
Bakı şəhərinin inzibati ərazisində bu Əsasnamənin 2.4-1-ci bəndinə (Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağına gətirilir) uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağında saxlanılmış nəqliyyat vasitəsi İnzibati Xətalar Məcəlləsinin 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sahibinə qaytarılacaq.