İqtisadiyyat naziri BP-yə kadr çatışmazlığını yeni işə başlayacaq tədris mərkəzi hesabına aradan qaldırmağı təklif edib

İqtisadiyyat naziri BP-yə kadr çatışmazlığını yeni işə başlayacaq tədris mərkəzi hesabına aradan qaldırmağı təklif edib Bakı. 9 aprel. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb.
İnfrastruktur
9 Aprel , 2018 11:00
İqtisadiyyat naziri BP-yə kadr çatışmazlığını yeni işə başlayacaq tədris mərkəzi hesabına aradan qaldırmağı təklif edib
Economy.gov.az

Bakı. 9 aprel. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yeni vəzifəyə təyin olunması münasibətilə Q.Counsu təbrik edən Ş.Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrin etimad üzərində qurulduğunu vurğulayıb. O qeyd edib ki, 1994-cü ildə imzalanmış və regionda inkişafa və sabitliyə təkan verən “Əsrin müqaviləsi” bunun əyani göstəricisidir. BP-nin Azərbaycanda və regionda həyata keçirdiyi “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, Cənubi Qafqaz Boru Kəməri layihələri vaxtında və uğurla həyata keçirilib və bu layihələrdən ölkəmiz böyük mənfəət əldə edib. Ş.Mustafayev bu layihələrin Azərbaycanın Avropanın enerji təminatında rolunu əhəmiyyətli dərəcədə artırdığını qeyd edib. Neft gəlirləri, o cümlədən BP ilə birgə reallaşdırılan layihələr hesabına əldə olunan vəsait Azərbaycan üçün prioritet olan qeyri-neft sektorunun və insan kapitalının inkişafına yönəldilib, sosial layihələr həyata keçirilib.

BP-nin podratçısı olan şirkətlərdən birinin Sumqayıt Kimya Sənaye Parkında xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlı olduğunu qeyd edən nazir yaradılmış əlverişli şərait və görülən işlərlə yaxından tanış olması üçün Q.Counsu SKSP-ə dəvət edib. İqtisadiyyat naziri SKSP-də görülən işlər, sənaye parkında yaradılan müasir Peşə Tədris Mərkəzi barədə məlumat verib, mərkəzin 2018-ci ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Bildirilib ki, BP tələb olunan ixtisaslı kadrların hazırlanması üçün Peşə Tədris Mərkəzinə sifarişlər verə bilər. Bundan başqa, BP-nin sənaye sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə əməkaşlığının genişləndirilməsi məqsədəuyğundur.

Q.Couns diqqətə çatdırıb ki, BP uzun müddətdir Azərbaycanla uğurlu əməkdaşlıq edir. BP-də çalışan işçilərin 90%-nin yerli kadrlar olduğunu qeyd edən şirkət təmsilçisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Diplomatik Akademiyasında müxtəlif sahələrdə, eləcə də sənaye sektoru üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə müasir şərait yaradıldığını, bunun gələcəkdə də yüksək səviyyəli kadr hazırlığında önəmli olacağını qeyd edib. Q.Couns BP-nin Azərbaycanda həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə məlumat verib, şirkətin neft-qaz sahəsi ilə yanaşı, Azərbaycanda həyata keçirilən müxtəlif sosial layihələrdə iştirakını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-BP əməkdaşlığının gələcək perspektivlərinə, həyata keçirilən enerji layihələrinə, eləcə də dünya enerji bazarındakı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi