Yuxarı

Güclü yağış Bakıda avtomobillərin sıxlığına səbəb olub

Paytaxtın əsas prospektlərində nəqliyyatın hərəkətində tıxac var

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının yollarında nəqliyyat vasitələrinin böyük sıxlığı müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilir.

Hazırda əsas sıxlıq Ziya Bünyadov prospekti (hər iki istiqamət), Nobel prospekti (şəhər istiqaməti), Heydər Əliyev prospekti (kənar yol/ alternativ olaraq əsas yol ), habelə Səməd Vurğun küçəsi, Bakı-Sumqayıt şosesi (paytaxta doğru) nəqliyyat vasitələrinin sıxlığı mövcuddur.

Bundan başqa, nisbi sıxlıq isə Bakının Abbasqulu ağa Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi (şəhər istiqamətində), Rəşid Behbudov küçəsi, Tbilisi prospekti (şəhərə doğru/ alternativ yol - Həsən Zərdabi küç.), o cümlədən Üzeyir Hacıbəyov küçəsində (alternativ yol - 28 May küç) izlənilir. 

Ehtimal edilir ki, yollarda sıxlıq yağan yağış nəticəsində yaranıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi