Güclü qasırğa Batumi və Poti limanlarının işinə mane olub

Güclü qasırğa Batumi və Poti limanlarının işinə mane olub Bakı. 22 noyabr. REPORT.AZ/ Gürcüstanın Qara dəniz sahillərində ötən gecədən davam edən güclü qasırğa Poti və Batumi limanlarının işini iflic edib.
İnfrastruktur
22 Noyabr , 2017 14:42
Güclü qasırğa Batumi və Poti limanlarının işinə mane olub

Bakı. 22 noyabr. REPORT.AZ/ Gürcüstanın Qara dəniz sahillərində ötən gecədən davam edən güclü qasırğa Poti və Batumi limanlarının işini iflic edib.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, ötən gecədən gəmilərin qəbulu və göndərilməsi əməliyyatları dayandırılıb.

Poti limanının kapitanı Vaxtanq Tavberidze bildirib ki, reyddə dayanan 3 gəmi, həmçinin neft məhsulları yüklənmiş tanker açıq dənizə gedib: “Gecə küləyin gücü 25-28 m/saniyəyə çatıb, dalğaların hündürlüyü isə 6 metri keçib. Hazırda Poti limanında 6 gəmi var, onlardan ikisi limana daxil olub. Güclü külək indi də sakitləşməyib. Dənizdəki fırtına isə, təxminən, 4-5 bal təşkil edir. Belə vəziyyətin ən azı sabaha qədər davam edəcəyi proqnozlaşdırılır”.

Batumi limanının kapitanı Tengiz Qabiliya bildirib ki, güclü fırtınaya görə Fransanın yelkənli gəmisi də limana daxil ola bilmir və açıq dənizdə qalmağa davam edir.

Qeyd edək ki, Poti Gürcüstanın ən böyük limanıdır və Danimarkanın “AP Moller-Maersk” qrupuna daxil olan “APM Terminals” tərəfindən idarə olunur. Batumi limanı isə Qazaxıstanın “KazTransOil” şirkətinin törəməsi “Batumi Industrial Holdings Ltd.” tərəfindən idarə edilir.

Son xəbərlər

Orphus sistemi