Yuxarı
    Bağlamaq

    ​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşəcək

    Qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edə bilər

    Bakı. 23 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sədri Kərəm Həsənov mayın 27-də Yardımlı rayonunda növbəti vətəndaş qəbulu keçirəcək.

    “Report”a Komitənin mətbuat xidmətindən bildirilib ki, qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbul Yardımlı şəhərində yerləşən Hüydər Əliyev Mərkəzində keçiriləcək.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya telefonla əlaqə saxlaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi