ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib

İnfrastruktur
  • 22 oktyabr, 2018
  • 12:01
ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib

Bakı. 22 oktyabr.REPORT.AZ/ Əmlak MəsələləriDövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrədair geniş müşavirə keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Komitə sədri KərəmHəsənov qeyd edib ki, daşınmaz əmlak üzərindəhüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə1, 3 və 7 iş günü müddətinə endirilib: "Komitə beynəlxalq layihələrdə də uğurlaçıxış edir. Avropa İttifaqının TAİEX proqramı çərçivəsində Komitənin təqdimetdiyi 4 layihə Avropa İttifaqının keçirdiyi müsabiqədə qəbul edilib. Artıqdaşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədiləyaxın zamanlarda Əmlak Xidmətləri Məkanı da istifadəyə veriləcək. Bu tədbirlərləyanaşı, vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün müasir təfəkkürlükadrlar işə cəlb olunur, eləcə də könüllülərlə birgə iş prinsipiformalaşdırılır. Dövləttorpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasındahəyata keçirilir. Bu isə torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadəedilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinəqaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradacaq".

Bildirilib ki, kəndtəsərrüfatı məqsədi ilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib. Torpaqlardantəyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinəəsasən 800-ə yaxın inzibati protokol tərtibedilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsinin nəzarəti ilə əlaqədarisə 78  inzibati protokol tərtib edilib. 

Qeyd olunub ki, ümumilikdə 25rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb və əldəedilən nəticələr real şəraitdə praktiki istifadə üçün yerli icra hakimiyyətlərinə,aidiyyəti qurumlara elektron formada təhvil verilib. Hesabat dövrü ərzində 600min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 1,2 milyonhektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb.

Həmçinin, dövlət əmlakınınsəmərəli idarəedilməsi ilə bağlı Dünya Bankının tövsiyələri nəzərə alınmaqla  iri dövlət şirkətlərinə dair vahid məlumatbazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyəvə mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yeralır. 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlarelektron qaydada qəbul edilib, sahələr üzrə təhlillər aparılıb.

Cari ilin 9ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 160-dan artıq hərrackeçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Daha iki müəssisəüzrə investisiya müsabiqəsi baş tutub. Dövlət əmlakının özəlləşmə prosesininsürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirməportalı”na cari ilin 9 ayı ərzində 650 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətəbaşladığı dövrdən portala baxış sayı 2 milyona yaxındır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdətutulan və sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 400-ə yaxınmüəssisə haqqında  məlumatlar “Özəlləşdirməportalı”nda yerləşdirilib. Eyni zamanda, yerli sahibkarların özəlləşdirməprosesinə cəlb edilməsi ilə bağlı  AzərbaycanSahibkarlar Konfederasiyasının iştirakı ilə bir neçə rayonda işgüzar forumlarkeçirilib.

2018-ci ilin 9 ayıərzində ölkə üzrə 160 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyəthüquqları qeydiyyata alınıb. Komitənin “Kütləvi çıxarış” və “Əmlakınıqeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir.Göstərilən xidmətlərin birbaşa olaraq vətəndaşın ünvanına çatdırılması üçünkomitənin müasir texnologiyalarla təchiz olunmuş yeni mobil ofisi fəaliyyətəbaşlayıb.

Göstərilən elektronxidmətlərin sayı 39-a çatıb. 2018-ci ilin 9 ayında elektron və onlayn xidmətlərvasitəsilə 150 min müraciət daxil olub və cavablandırılıb. Bundan başqa 193saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resurslarınada onlayn olaraq vətəndaşlar tərəfindən 11 mindən çox müraciət daxil olub vəcavablandırılıb.

Müşavirəninsonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib.Torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuztikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektivaparılması, o cümlədən, torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi,kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərinsürətlənməsi barədə tapşırıqlarını verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatısahəsində şəffaflığın daha da artırılmasının, vətəndaş məmnunluğunun təminedilməsi ilə bağlı işlərin davam etdirilməsinin, dövlət əmlakının idarə edilməsi,onun özəlləşdirilməsi  istiqamətində zəruriişlərin görülməsinin vacibliyini vurğulayıb.

 

 

 

 

 

 

Son xəbərlər

Bütün Xəbər Lenti