Bakı. 7 dekabr. REPORT.AZ/ "Ötən illər ərzində Azərbaycan qeyri-enerji sektorunu, xüsusilə də biznes və sərmayə mühitini inkişaf etdirməklə və nəqliyyat infrastrukturu yaratmaqla nəzərə çarpacaq addımlar atıb. Lakin bizim səylərimiz yalnız Azərbaycanla məhdudlaşmır".
"Report"un məlumatına görə, bunu xarici işlər naziri
"Azərbaycan hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlərlə və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır. Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 mln. ton, daha sonra isə ildə 17 mln. ton yükgötürmə qabiliyyəti olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu var. BTQ Yeni İpək Yolu adlanan - Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir", - o bildirib.
"Ticarətin davamlı şəkildə artan həcmini nəzərə alaraq, aydındır ki, bir-biri ilə rəqabətdə olmayan, lakin bir-birini tamamlayan etibarlı ticarət marşrutlarının müxtəlifliyi olmalıdır. Azərbaycan hökumətinin başqa bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd proseduralarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir. Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.
Xüsusilə qeyd etmək istədiyim bir sahə yeni Bakı Limanı ətrafında Azad Ticarət Zonasının yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylərimizdir. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.
İcra üçün artıq hazır olan, Azərbaycanı və Mərkəzi Asiyadakı tərəfdaşlarımızı, habelə potensial olaraq Əfqanıstanı da əhatə edəcək “