DGK sədri Qusarda vətəndaşları qəbul edib

DGK sədri Qusarda vətəndaşları qəbul edib Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qusar şəhərində vətəndaşları qəbul edib.
İnfrastruktur
28 Dekabr , 2018 14:13
DGK sədri Qusarda vətəndaşları qəbul edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qusar şəhərində vətəndaşları qəbul edib.

Komitədən “Report”a verilən məlumata görə, DGK sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının akinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı S. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi