Yuxarı
    Bağlamaq

    DGK sədri Ağdaşda vətəndaşları qəbul edib

    Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub

    Bakı. 2 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev iyulun 2-də Ağdaş şəhərindəki Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib.

    DGK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda bölgədə yerləşən  Ağdaş, Göyçay, Ucar, Yevlax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

    Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi