Yuxarı

Bu gün Xaqani küçəsinin bir hissəsində yol tam bağlı olacaq

Avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət dekabrın 7-dək davam edəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ "Formula 1" Avropa Qran-Pri yarışına hazırlıq çərçivəsində Bakı şəhərində yarış trekinin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işləri ilə əlaqədar Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin dekabrın 2-də yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbindən işlər uzanıb.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumatda bildirilir. 

Belə ki, bu gün, dekabrın 3-də gecə saatlarından etibarən Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hərəkət üçün tam bağlı olacaq. Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, yəni bazar ertəsi aradan qaldırılacaq.

Qeyd edək ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və "Qran Pri"dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi