Paytaxtda bəzi avtobuslarının hərəkət istiqamətləri dəyişdirilib

Paytaxtda bəzi avtobuslarının hərəkət istiqamətləri dəyişdirilib Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.
İnfrastruktur
20 May , 2020 12:43
Paytaxtda bəzi avtobuslarının hərəkət istiqamətləri dəyişdirilib

Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Bildirilir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

91 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəsəbəsi: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəsəbəsi: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut

İstiqamət:

Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı).

Son xəbərlər

Orphus sistemi