Bayram günlərində Bakı avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində Bakı avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq Dekabrın 25-dən yanvarın 7-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirlmiş rejim tətbiq olunacaq
İnfrastruktur
8 Dekabr , 2016 16:46
Bayram günlərində Bakı avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində işləyəcək.

Bunu "Report"a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

"Bayram günləri ilə əlaqədar dekabrın 25-dən yanvarın 7-dək avtovağzalda gücləndirlmiş iş rejmi tətbiq olunacaq. Bayram günlərində xəttə çıxarılacaq əlavə nəqliyyat vasitələri barədə yaxın günlərdə daha ətraflı məlumat veriləcək" - Ş.Mehmanqızı qeyd edib.

Son xəbərlər

Orphus sistemi