Yuxarı
    Bağlamaq

    Bakı-Qars dəmir yolu ilə bağlı birgə qrup yaradılacaq

    Azərbaycan və Türkiyə tranzit daşımalar üzrə elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair saziş imzalayacaq© Report.az

    Bakı. 19 iyul. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı qrup yaradılacaq". "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin Bakıda keçirilən görüşündə deyib. Onun sözlərinə görə, uzun illərdir ki, qədim İpək Yolunun yenidən qurulması ilə bağlı qonşu ölkələrdə və Azərbaycanda müəyyən işlər həyata keçirilir.

    "Bunun nəticəsi olaraq daşımaların artırılması və müxtəlif infrastrukturun yaradılmasına nail olmuşuq. İlk dəfə olaraq Azərbaycanda Bakı-Tibilisi-Qars dəmiryolunun gözlənilən açılışı ilə bağlı görüş keçirilir. Məqsəd, gələcəkdə bu məsələlərin həlli ilə bağlı müəyyən qrupun yaradılmasıdır", - deyə DGK rəhbəri bildirib.

    A.Əliyev qeyd edib ki, tədbirin sonunda layihənin inkişafı ilə bağlı bəyannamə qəbul ediləcək: "Görüşün sonunda Azərbaycanla Türkiyə arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Sazişin imzalanması da planlaşdırılır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi