Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Sənədə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1-ci hissəsi ləğv edilib.
Nazirlər Kabinetinin digər qərarına əsasən, "Azərkosmos" ASC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına daxil edilib.