"Azərkosmos" ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb

"Azərkosmos" ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb Bu barədə Nazirlər Kabineti qərar qəbul edib
İnfrastruktur
2098
11 Yanvar , 2018 07:11
Azərkosmos ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb

Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Sənədə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1-ci hissəsi ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarına əsasən, "Azərkosmos" ASC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi