Yuxarı
    Bağlamaq

    Azərbaycanlı dənizçilər üçün təlimlər keçirilib

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi əməkdaşlarının peşəkarlıq səviyyəsini artırır

    Bakı.26 yanvar.REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları üçün növbəti təlimlər keçirilib. 

    Bu barədə "Report"a Gəmiçilikdən bildirilib. 

    Məlumata görə, təlimlər Beynəlxalq Dəniz Təşkilatının (İMO) 6.09 model kursu üzrə “Təlimçinin təlimi və İMO-nun 3.12 və 1.30 model kursları üzrə “Dənizçilik sahəsində səlahiyyətli imtahan götürən” istiqamətləri əsasında keçirilib.

    İnteraktiv formada təşkil olunan məşğələləri Gəmiçiliyin Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov və kapitan Titos Giannakakis aparıb. Dinləyicilərin tədris prosesində üzləşdikləri çətinliklər, kursların təşkili, proqramların müasirləşdirilməsi ilə bağlı məsələlər təlim zamanı öz həllini tapıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi