Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq

Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq Tbilisi. 22 noyabr. REPORT.AZ/ “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər olan yolu 4 saata qət etmək mümkün olacaq”.
İnfrastruktur
22 Noyabr , 2018 16:50
Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq
0 : 00
0 : 00

Tbilisi. 22 noyabr. REPORT.AZ/ “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər olan yolu 4 saata qət etmək mümkün olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, Yollar Departamentinin sədri İrakli Karseladze Marneulidə yerli sakinlərlə görüşdə deyib.

O bildirib ki, hazırda bu yolu qət etmək üçün 8 saat vaxt tələb olunur: “Həyata keçiriləcək infrastruktur layihə çərçivəsində 4 zolaqlı müasir standartlara cavab verən yol inşa olunacaq”.

İ.Karseladze bu yaxınlarda Bakıda olduğunu və Azərbaycanda avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdiyini bildirib: “Azərbaycanlı həmkarlarımız “Sınıq körpü” sərhəd məntəqəsindən Türkiyə sərhədinə qədər olan yeni yolun inşası layihəsini yüksək qiymətləndiriblər. Bu layihə yalnız Gürcüstan üçün deyil, region üçün də çox önəmlidir”.

Nazir müavini qeyd edib ki, layihə çərçivəsində Şərq-Qərb avtomagistralının Xevi-Ubisa yol hissəsinin inşası ilə bağlı bu günlərdə müqavilə imzalanıb. 12,2 kilometrlik yol hissəsinin inşası üçün Asiya İnkişaf Bankı Gürcüstana 255,2 mln. avrodan çox kredit ayırıb.

Qeyd edək ki, Şərq-Qərb avtoban layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi