Yuxarı
    Bağlamaq

    Azərbaycanda taksi xidməti ilə bağlı vahid platforma yaradılacaq

    Dinlə

    Bakı. 4 dekabr. REPORT.AZ/ "Bütün sərnişindaşımada yeniliklər gözlənilir".

    Bunu “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib.

    Onun sözlərinə görə, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platformanın yaradılması istiqamətində işlər aparılır: "Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir”.

    Hazırda “Bakıkart”ın mövcud olduğunu xatırladan H.Həsənov bildirib ki, bütün ölkə üzrə sərnişindaşıma ilə bağlı vahid kartın istifadəyə verilməsi planlaşdırılır: "Respublika üzrə bilet sisteminin yaradılması və gələcəkdə yerüstü nəqliyyat vasitələrinə inteqrasiyası nəzərdə tutulur. Respublikada vahid bilet sisteminin olmasının bir sıra üstünlükləri var. Bu, daşıyıcıların özlərinə də xeyirdir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi