Yuxarı

Azərbaycanda dəmir yolunda peşə sağlamlığı sahəsində risklər pasportlaşdırılır

Azərbaycanda dəmir yolu sahəsində risklər pasportlaşdırılır

“Azərbaycanda dəmir yolunda peşə saxlamlığı sahəsində risklər pasportlaşıdırılır". 
 Bunu “Report”a açıqlamasında "Azərbaycan Dəmir Yolları"  QSC-nin  Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəisi Sadiq Şirinov bildirib.

Onun sözlərinə görə, hazırda əsas vəzifələrdən biri əməyin və ətraf mühitin mühafizəsi sahəsində dəmir yolunda mövcud olan risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması üçün önləyici və qabaqlayıcı tədbirlərin görülməsidir: “Bu istiqamətdə metodologiya əsasında işlərə başlamışıq və riskləri pasportlaşdırırıq. Yəni bütün risklər təhlükə mənbəyidir. Burada da iş funksiyamıza uyğun birinci növbədə riskləri müəyyən etməyə başlamışıq. Ümumiyyətlə, fəaliyyət varsa, risk faktoru da mövcüddur. Risklərin sıfıra endirilməsi üçün  SƏTƏM pasportları  hazırlayırıq”.

O, SƏTƏM-in ekologiya sahəsində apardığı işlərə də diqqət çəkib və bildirib ki, məişət və istehsalatda tullantıların qarışdırılmaması və idarə edilməsi, yeni yaşıllıqların salınması, mövcud olan yaşıllıqlara müvafiq qaydalara uyğun qulluq edilməsi və artırılması istiqamətində iş aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi