Yuxarı

Azərbaycan-Gürcüstan gömrük buraxılış məntəqəsinə beynəlxalq status verilə bilər

Azərbaycan İranla gömrük keçid məntəqələrini bərpa etmək niyyətindədir

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" Gömrük Buraxılış Məntəqəsinə beynəlxalq status verilə bilər. 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi ilə "Sınıq Körpü"nün statusunun dəyişdirilməsi üçün danışıqlar aparılır: "Bayram vaxtları həmin buraxılış məntəqəsində sıxlıq yaranır. Biz istəyirik ki, ora ikitərəfli deyil, beynəlxalq status alaq. Buna hazır olduğumuzu qarşı tərəfə demişik. Gürcüstandan cavab gözləyirik".

"İran tərəfi ilə də keçidin bərpasına dair məsələlər ətrafında müzakirələr gedir. İran tərəfi artıq buna hazır olduğunu bildirib", - DGK sədri bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi