Yuxarı

Azərbaycanla Belarus arasında rabitə provayderi yaradılacaq

İki ölkə arasında informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq davam edəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanla Belarus arasında informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq davam edəcək. Bu məqsədlə iki ölkənin İKT sahəsi üçün avadanlıqların və Azərbaycanla Belarus arasında rabitə provayderinin yaradılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov məlumat verib.

Nazir bildirib ki, ötən dövr ərzində iki ölkədə belə forumlar keçirilib: "Səfərlər çərçivəsində bizim aramızda sənədlər imzalanıb. "Növbəti forum dekabrda Bakıda "Bakutel" sərgisində keçiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi