Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanla Belarus arasında informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq davam edəcək. Bu məqsədlə iki ölkənin İKT sahəsi üçün avadanlıqların və Azərbaycanla Belarus arasında rabitə provayderinin yaradılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov məlumat verib.
Nazir bildirib ki, ötən dövr ərzində iki ölkədə belə forumlar keçirilib: "Səfərlər çərçivəsində bizim aramızda sənədlər imzalanıb. "Növbəti forum dekabrda Bakıda "Bakutel" sərgisində keçiriləcək".