Avstriya apreldən yükləri Bakı-Qars dəmiryolu marşrutuna yönəldəcək

Avstriya apreldən yükləri Bakı-Qars dəmiryolu marşrutuna yönəldəcək Azərbaycanda yeni dəmiryolu depolarının inşası planlaşdırılır
İnfrastruktur
9 Fevral , 2018 13:04
Avstriya apreldən yükləri Bakı-Qars dəmiryolu marşrutuna yönəldəcək
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov / Report

Bakı. 9 fevral. REPORT.AZ/ "Biri Bakı, digəri isə Gəncə şəhərində olmaqla iki yeni dəmir yolu deposu tikiləcək."

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, 4 yeni "Stadler" qatarı sifariş verilib: "Bu qatarların ikisi bu il, digər ikisi isə gələn il ölkəyə gətiriləcək".

QSC sədri deyib ki, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Lənkəranda dəmiryolu xəttində bir qədər dəyişiklik olacaq: "İran ərazisində də 164 km-lik yolun tikintisinə başlamağa çalışacağıq. Təbii ki, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında xüsusi səfər olacaq. Bundan sonra isə Balakən istiqamətində hərəkət edən qatarların sürətinin arıtırlmasına çalışacağıq".

Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı danışan C.Qurbanov deyib ki, bu ilin aprel ayından Avstriya da yüklərini bu marşruta istiqamətləndirəcək: "BTQ ilə bu vaxta qədər 500-dən çox konteyner daşınıb. Türkiyə ilə Çin arasındakı konteyner dövriyyəsi 500 mindir. Bu xəttə Çinin də, Mərkəzi Asiya ölkələrinin də marağı var. Bundan əlavə, Avstriyadan aprelin ikinci həftəsindən Qazaxıstana yüklərin daşınmasına başlanacaq".

Son xəbərlər

Orphus sistemi