“Yapışık kardeşler" filminin qala gecəsi keçirilib - FOTO

“Yapışık kardeşler" filminin qala gecəsi keçirilib - FOTO Türk aktyorlar Bakıya heyran olublar
İncəsənət
7 Mart , 2015 10:09
“Yapışık kardeşler filminin qala gecəsi keçirilib - FOTO

Bakı. 7 mart. REPORT.AZ/ Nizami Kino Mərkəzində Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrıkın iştirakı ilə çəkilən "Yapışık kardeşler" komediya filminin qala gecəsi keçirilib.

"Report" xəbər verir ki, filmin qala gecəsində İlker Ayrıkla yanaşı, Hakan Bulut və Türkiyədən gəlmiş yaradıcı qrup iştirak edib.

Filmin nümayişindən əvvəl İlker Ayrık və Hakan Bulut tamaşaçılara avtoqraf veriblər. Şəkillərin və filmin afişalarının imzalanma mərasimi bitdikdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

İlker Ayrık Bakını çox bəyəndiyini deyib.

"Bir neçə gündür Bakıdayam. Sizin şəhərin görməli yerləri ilə tanış oldum. Bakı gözəldir. Bakıda ən çox bəyəndiyim sizin şəhərində teatr və kinoteatr binalarının çox olmasıdır. Şəhərinizdə nə qədər teatr var. Bu yaxşı göstəricidir. Türkiyədə belə gözəl şəraiti olan teatr binalarımız azdır. Ona görə də türk tamaşaçılarının teatrlara axını zəifdir. Yaxşı tamaşa hazırlayıb göstərmək üçün gözəl şəraitli teatr binaları lazımdır. Türkiyədə bu qədər teatr binalarımız yoxdur. Bizdə kinematoqraf yaxşı inkişaf edib. Ona görə də sinema filmləri və seriallar çox çəkilir. Sizin kinoteatrlarınızda olan şərait də mənim xoşuma gəlir. Elə Nizami Kino Mərkəzi adlanan bu gözəl bina kinosevərlər üçün böyük hədiyyədir"

Bakını və teatrlarımızı tərifləyən İlker Ayrık daha sonra filmindən danışmağa başlayıb. "Yapışık kardeşlər" komediya filmini 23 günə çəkdiyini deyən aktyor filmi Türkiyədə 1 milyon tamaşaçının izlədiyini bildirib və ümid edib ki, Bakıda tamaşaçıların sayı daha çox olacaq.

Filmin süjet xətti Halim və Səlim adlı iki şən və baməzə olan qardaşlardan bəhs edir. Onları başqalarından fərqli edən səbəb birbirinə yapışıq doğulmaları və istər istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xöşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar... Elə bütün hadisələr də bundan sonra başlayır.

Filmdə baş rolları İlker Ayrık ilə yanaşı Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər. İlker Ayrıkla birlikdə Bakıya gələn Hakan Bulut filmin çəkiliş prosesindən bəhs edib.

Xatırladaq ki, hər iki aktyor TRT-nin ən reytinqli serialı olan "Səksənlər" dizisində birlikdə çəkiliblər. Ümumiyyətlə, komediya filminin yaradıcı heyətinin böyük hissəsi "Səksənlər" serialında çəkilən aktyorlardan təşkil edilib.

Mətbuat konfransından sonra filmin nümayişi olub. Tamaşaçılar "Yapışık kardeşler"ı alqışlarla qarşılayıb.

Beləliklə, Nizami Kino Mərkəzində növbəti türk filminin nümayişi başa çatıb.

Son xəbərlər

Orphus sistemi