Yuxarı
    Bağlamaq

    Xalq artisti Azərbaycanda yeni çəkilən bədii filmə musiqi yazıb

    Ölülər 21-ci əsr filminin çəkilişləri başa çatıb

    Bakı. 13 may. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, xalq artisti Faiq Sücəddinov Azərbaycanda yeni çəkilən "Ölülər 21-ci əsr" bədii filminə musiqi yazıb.

    O, "Report"a açıqlamasında deyib ki, dramaturq Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası hər əsrdə aktualdır. 

    F.Sücəddinov bildirib ki, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov "Ölülər 21-ci əsr" adlı yeni film çəkib: "Filmin musiqilərini yazmaq üçün məni dəvət etdilər. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir yaradıcılığı mənə doğmadır. Müasir mövzuda çəkilən "Ölülər 21-ci əsr" filminə xeyli musiqi yazıldı. Filmi operetta da adlandırmaq olar".

    Onun sözlərinə görə, filmdə tanınmış vokal ifaçısı, xalq artisti Samir Cəfərov, müğənni Nigar Camalzadə və bir neçə istedadlı müğənni oxuyur: "Yeni "Ölülər 21-ci əsr"də vətən haqqında gözəl mahnılar yer alıb. Mahnıların sözlərini şair Baba Vəziroğlu yazıb. Filmi tam variantda görməmişəm, amma inanıram ki, film maraqlı alınıb".

    Xatırladaq ki, "Ölülər 21-ci əsr" bədii filminin təqdimatı yaxın günlərdə keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi