Yuxarı
    Bağlamaq

    Van Damm və Çeki Çanı filmlərinə çəkən rejissor Rinqo Lem vəfat edib

    Bakı. 31 dekabr. REPORT.AZ/ Honkonq rejissoru, ssenariçisi, prodüseri və aktyoru Rinqo Lem 63 yaşında vəfat edib.

    “Report” xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

    Bildirilir ki, o, son günlər qripə yoluxub və həkim məsləhəti olmadan dərman qəbul edib.

    Rinqo Lem Honkonq kinematoqrafiyasının "qızıl əsri"nin (1980-ci illər - 1990-cı illərin əvvəli) ən yaxşı kriminal film rejissorlarından biri hesab olunur. Onun ən məşhur işi 1983-cü ildə ekranlaşdırılmış və Çin aktyoru Çou Yu-Fatın oynadığı "Alov içində şəhər" kriminal trilleridir. Lemin "Maksimal risk" (1996), "Replikant" (2001), "Cəhənnəmdə" (2003) filmlərində isə Jan-Klod Van Damm çəkilib. Rejissor həmçinin 1992-ci ildə çəkilən "Əkiz əjdəhalar" komediyasının həmmüəllifidir. Burada baş rolu Ceki Çan oynayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi