Van Damm və Çeki Çanı filmlərinə çəkən rejissor Rinqo Lem vəfat edib

Van Damm və Çeki Çanı filmlərinə çəkən rejissor Rinqo Lem vəfat edib Bakı. 31 dekabr. REPORT.AZ/ Honkonq rejissoru, ssenariçisi, prodüseri və aktyoru Rinqo Lem 63 yaşında vəfat edib.
İncəsənət
3050
31 Dekabr , 2018 03:53
Van Damm və Çeki Çanı filmlərinə çəkən rejissor Rinqo Lem vəfat edib

Bakı. 31 dekabr. REPORT.AZ/ Honkonq rejissoru, ssenariçisi, prodüseri və aktyoru Rinqo Lem 63 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Bildirilir ki, o, son günlər qripə yoluxub və həkim məsləhəti olmadan dərman qəbul edib.

Rinqo Lem Honkonq kinematoqrafiyasının "qızıl əsri"nin (1980-ci illər - 1990-cı illərin əvvəli) ən yaxşı kriminal film rejissorlarından biri hesab olunur. Onun ən məşhur işi 1983-cü ildə ekranlaşdırılmış və Çin aktyoru Çou Yu-Fatın oynadığı "Alov içində şəhər" kriminal trilleridir. Lemin "Maksimal risk" (1996), "Replikant" (2001), "Cəhənnəmdə" (2003) filmlərində isə Jan-Klod Van Damm çəkilib. Rejissor həmçinin 1992-ci ildə çəkilən "Əkiz əjdəhalar" komediyasının həmmüəllifidir. Burada baş rolu Ceki Çan oynayır.

Son xəbərlər

Orphus sistemi