Yuxarı

"Tütək səsi"nin Cəbrayılı xəstəxanaya yerləşdirilib

Xalq artistinin vəziyyəti ağırdır

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyanın görkəmli aktyoru, SSRİ və Moldovanın xalq artisti Mixay Volontir xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, həkimlər xalq artistinin vəziyyətinin ağır olduğunu desələr də, vəziyyətin kritik olmadığını bildiriblər.

Həkimlər Mixay Volontirin ağır diabet xəstəsi olduğunu və bu səbəbdən də halının tez-tez pisləşdiyini deyiblər.

Aktyorun həyat yoldaşı jurnalistlərə açıqlamasında bildirib ki, Mixay Volontir uzun illərdir xəstədir və bir neçə dəfə müxtəlif əməliyyatlar keçirib.

Xatırladaq ki, Mixay Volontirin 81 yaşı var. Aktyor xəstə olmasına baxmayaraq, son günlərədək teatrda çalışmağa davam edib.

Mixay Volontir 1934-cü il martın 9-da Moldovada anadan olub. O, son illər onkoloji xəstəlikdən əziyyət çəkir.

2000-ci ildə Mixay Volontiri Moldovada "XX əsrin ən yaxşı aktyoru" adlandırıblar.

Aktyora uğur gətirən rolu "Qaraçı" filmində ifa etdiyi Budulay obrazı olub.

Azərbaycan tamaşaçıları Mixay Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmindən tanıyıb seviblər. Mixay Volontir həmin filmdə Cəbrayıl rolunu ifa edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi